“Ölkədə əhalinin 70 faizindən çoxu internet xidmətləri ilə əhatə olunub”…
“Ölkədə əhalinin 70 faizindən çoxu internet xidmətləri ilə əhatə olunub”.
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi bankomatların tətbiqi vasitəsi ilə pensiyaların verilməsi prosesini təkmilləşdirmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çərşənbə günü “Sosial müdafiə sahəsində göstərilən elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması” mövzusunda texniki seminarda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin bankomatların poçt rabitəsi şöbələrində quraşdırılması planlaşdırılır. Söhbət yalnız pensiyaların alınması üçün nəzərdə tutulan bankomatlardan gedir.
Bununla yanaşı, pensiyaları əvvəllər olduğu kimi, bankların quraşdırdıqları bankomatlar vasitəsilə də almaq mümkün olacaq.
S.Müslümov deyib:
“Bu gün təxminən 1,28 milyon vətəndaş orta hesabla 300 dollar məbləğində pensiya alır, təxminən 491 min nəfər ünvanlı sosial yardım, 321 min vətəndaş müxtəlif dövlət sosial yardımları alır. Nəticədə ölkə əhalisinin 21 faizi sosial təminat sistemi ilə əhatə olunub. Və bu işlərin hamısı ölkədə yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizədək azaldılmasına imkan verib”.
Nazirin sözlərinə görə, burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi çox mühüm rol oynayır. Bu gün planet əhalisinin təxminən 4 milyardı (təqribən 57 faizi) mobil rabitə istifadəçisidir. Azərbaycanda mobil rabitənin nüfuz səviyyəsi 110 faiz təşkil edir:
“Ölkədə əhalinin 70 faizindən çoxu internet xidmətləri ilə əhatə olunub. Bu, vətəndaşların sosial xidmətlərə çıxışını asanlaşdırır və iş əhaliyə göstərilən elektron xidmətlərin siyahısının genişləndirilməsi üzrə iş aparan dövlət orqanlarının tərəfində qalır” (Trend).