Azərbaycanda ünvanlı sosial yardım alanlara elektron imzaların pulsuz verilməsi təklif olunur

Azərbaycanda ünvanlı sosial yardım alanlara elektron imzalar ödənişsiz əsasda verilməlidir…

Azərbaycanda ünvanlı sosial yardım alanlara elektron imzalar ödənişsiz əsasda verilməlidir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çərşənbə günü “Sosial müdafiə sahəsində göstərilən elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması” mövzusunda texniki seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda rəqəmli imzalar ünvanlı sosial yardım almaqdan ötrü elektron müraciəti təsdiqləmək üçün tələb olunur. Əhalinin aztəminatlı təbəqələri üçün rəqəmli imza əlavə xərcdir: “Вununla əlaqədar bu kateqoriyadan olan istifadəçilərə elektron imzaların pulsuz verilməsi təklif olunur “.

 

/Trend/