“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasında müzakirə olunacaq

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 68-ci sessiyasının dekabrın 16-da keçiriləcək iclasının gündəminə daxil edilib….

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 68-ci sessiyasının dekabrın 16-da keçiriləcək iclasının gündəminə daxil edilib.

 APA-nın xəbərinə görə, elə həmin gün “GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri” adlı qətnamə layihəsi də müzakirəyə çıxarılacaq.

 Hər iki layihə BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinin 34-cü və 38-ci maddələrində yer alıb. Daha əvvəl bu layihələrin müzakirəsi dəfələrlə təxirə salınıb. GUAM baş katibi Valeri Çeçelaşvili bildirmişdi ki, təşkilatın təqdim etdiyi qətnamə layihəsi böyük dəstəyə malik olsa da, qətnamənin təşkilatın əsas tərəfdaşlarının dəstəyi ilə qəbul olunması üçün müzakirələr təxirə salınır./Apa/