Azərbaycanın məqsədi inkişaf etmiş iqtisadiyyatdır

“Əsas məsələlərdən biri milli iqtisadiyyatın diversifikasiyasıdır”…

“Əsas məsələlərdən biri milli iqtisadiyyatın diversifikasiyasıdır”.

Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələr sırasında olmağa can atır.

Oxu.Az Bakupost-a istinadən bildirir ki, bu haqda “The Economist” jurnalının təşkil etdiyi, Bakıda keçirilən Azərbaycan invesitisiya sammitində AZPROMO-nun rəhbəri Rüfət Məmmədov danışıb.

“Dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə inkişaf edir. Yalnız keçən ilin nəticələrinə görə ölkə iqtisadiyyatının neft sektoru 9,5% artıb”, – Məmmədov xatırladıb.

Onun fikrincə özəl sektorun inkişafı Azərbaycanın iqtisadiyyatının gələcək inkişafını təmin edəcək.

“Bu inkişafın davamlı olmasının əsas amili onun stabil olmasıdır. Bu mənada ölkənin gələcək iqtisadi inkişafında, ölkə qarşısında duran məsələ və məqsədlərin, həlli və nail olma yollarını əks etdirən, “Azərbaycan -2020: gələcəyə baxış” inkişaf konsepsiyası həlledici rol oynayacaq. Şübhəsiz, əsas məsələlərdən biri milli iqtisadiyyatın diversifikasiyasıdır”, – Məmmədov qeyd edib.

Polşanın keçmiş maliyyə naziri, hal-hazırda TİGER (Transformation Integration and Globalization Economic Research) Tədqiqat İnstitutunun rəhbəri Qjeko V.Kolodko hesab edir ki, diversifikasiya Azərbaycan iqtisadiyyatının əsas məsələsidir və onu iki istiqamətdə aparmaq lazımdır.

Onun sözlərinə görə, birincisi bir inkişaf mənbəyindən uzaqlaşaraq iqtisadiyyatın strukturunun dəyişdirilməsi, müxtəlif sektorlarda kiçik müəssisələr yaratmaqdır.

İkincisi ticarətin coğrafi diversifikasiyasıdır.

Xatırladaq ki, çərşənbə günü Bakıda “The Economist” jurnalının təşkil etdiyi, “2020 və sonra: iqtisadi inkişafın sürətləndirilməsi” adı altında Azərbaycan invesitisiya sammiti keçirilib.

/oxu.az/