Azərbaycanın paytaxtı yalnız bu yolla köçürülə bilər

“Görüləcək işlər qabaqdadır”…

“Görüləcək işlər qabaqdadır”.

Bakı şəhərinin paytaxt olması strateji, hüquqi, iqtisadi, sosial baxımdan vacibdir. 

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev ANS PRESS-ə bildirib.

O qeyd edib ki, paytaxtın köçürüləcəyi ilə bağlı fikirlər düzgün deyil. Bu, yalnız referendum yolu ilə konstitusiyada dəyişiklik edilərək həyata keçirilə bilər. 

“Bakı hələ yaşayış məskəni kimi öz imkanlarının heç 30%-dən istifadə etməyib. Bunun üçün də görüləcək işlər qabaqdadır”.

C.Qocayev onu da qeyd etdi ki, “Bakının tarixi məkan olması, Xəzərin sahilində zəngin neft yatağının üstündə yerləşməsi, yəni onun strateji, hüquqi, iqtisadi, sosial baxımdan vacibliyi və s. Bakının paytaxt olmasının əhəmiyyətini göstərir”.

Buna görə də paytaxtın köçürülməsi hazırda planda nəzərdə tutulmayıb.

www.oxu.az