Azərbaycanın Təbrizdəki baş konsulu İranın Qərbi Azərbaycan vilayətində rəsmilərlə müzakirələr aparıb

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Qərbi Azərbaycan vilayətinin yeni valisi Qurbanəli Səadətlə görüşüb…

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Qərbi Azərbaycan vilayətinin yeni valisi Qurbanəli Səadətlə görüşüb.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Ə.Əlizadə Qərbi Azərbaycan valisini təyinatı münasibətilə təbrik edib.

Görüşdə Azərbaycan-İran əlaqələrinin inkişafında Qərbi Azərbaycan vilayətinin önəmli rolundan söhbət açılıb, Azərbaycanın Naxçıvan MR ilə İranın Qərbi Azərbaycan vilayəti arasında mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Həmçinin Qərbi Azərbaycan vilayəti ilə əlaqələrin daha da inkişafı, görüşlərin vaxtaşırı təşkili, müştərək iqtisadi, mədəni, elmi layihələrin həyata keçirilməsinin davam etdirilməsi, kənd təsərrüfatı sahəsində mövcüd olan əməkdaşlıqların artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan vilayətinə səfəri zamanı baş konsul, həmçinin İranın ali rəhbərinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi, Urmiyə imam cüməsi Seyid Mehdi Qureyşi, İran Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan vilayəti üzrə Nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Qərbi Azərbaycan vilayətinin Ədliyyə Təşkilatının baş direktoru Təvəkkül Heydəri ilə də görüşlər keçirib.

/Trend/