Nazir İlk Avropa Oyunları haqqında məlumat verib…
Nazir İlk Avropa Oyunları haqqında məlumat verib.
Gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ya verilən məlumata görə, görüş zamanı oktyabrın 28-30 tarixlərində Bakı şəhərində keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma son hazırlıq məsələləri müzakirə edilib. Nazir Forumun keçirilməsində göstərdiyi dəstəyə görə baş katibə təşəkkürünü bildirib.
A. Rəhimov görüşdə həmçinin ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, bu sahələrdə əldə olunan uğurlar və gələcək planlarla bağlı ətraflı məlumat verib.
Nazir eyni zamanda Bakı şəhərində 2015-ci ildə keçiriləcək İlk Avropa Oyunları və onlara hazırlıq haqqında məlumat verib, oyunların Avropa qitəsində ilk dəfə keçirilməsnini mahiyyətini və əhəmiyyətini vurğulayıb.
BMT-nin baş katibi Azərbaycanda bir çox mövzular üzrə beynəlxalq tədbirlərin keçirilməsini də müsbət qiymətləndirib.