“Avropa Parlamentinin Cənubi Qafqazda stabillik, çiçəklənmə və münaqişələrin həllini təmin edəcək və Avropa Birliyini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən siyasət yürütməyə təşviq edəcək 20 may 2010-cu il tarixli qətnaməsini alqışlayıram”.
Onun sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi BMTNizamnaməsinə hörmətlə və beynəlxalq qüvvələrin yerləşdirilməsi yolu ilə keçid dövründə Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin edəcək, məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaradacaq və gələcəkdə evsizliklə bağlı münaqişələrin qarşısı alınacaq.
B.Şuster bildirib ki, geopolitik cəhətdən Avropa və Asiya arasındakı dinamik məkanda – Rusiya ilə İran arasında yerləşən Azərbaycan minillik tarixə malik, əhalisi əsasən müsəlmanlardan ibarət olan bir ölkədir: “Min ildən artıqdır ki, bu ölkə həm də xristian və yəhudi icmaları üçün doğma evə çevrilib. Azərbaycan ilk dəfə 1918-ci ildə müstəqillik əldə etdir. 1920-ci ildə Sovetlər tərəfindən məhv edilmiş bu müstəqillik yalnız 1991-ci ildə Sovetlər Birliyinin süqutundan sonra bərpa olundu. Azərbaycan Xəzər dənizinin enerji resurslarını ABŞ şirkətlərinə təqdim edib və qlobal enerji təhlükəsizliyində aparıcı rol oynayır. Təhlükəsizlik cəbhəsinə gəldikdə, Azərbaycan 11 sentyabr terrorundan dərhal sonra Birləşmiş Ştatlara güclü dəstək və yardım təklif edən ilk dövlətlərdən oldu. Azərbaycan Kosovo və İraq əməliyyatlarında, həmçinin Əfqanıstanda fəal şəkildə iştirak edir, bu yaxınlarda isə buradakı hərbi iştirakını iki dəfə artırıb”.
Cənab Şuster daha sonra qeyd edib ki, ABŞ hökumətinin Azərbaycana yardımını qadağan edən 1992-ci il tarixli Azadlığa Dəstək Aktına 907-ci düzəliş hələ də iki ölkə arasındakı strateji tərəfdaşlığın genişləndirilməsi yolunda ciddi maneə olaraq qalır və ABŞ-ın bu regiondakı maraqlarına ziddir: “ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə cavabdeh olan Birləşmiş Ştatlar vasitəçilik cəhdlərində daha fəal olmalıdır”.