Azərbaycan Dağlıq Qarabağda qondarma “bələdiyyə seçkiləri ” məsələsini ATƏT PA-nın sessiyasında qaldıracaq

ATƏT-in Parlament Assambleyasının sessiyasında Dağlıq Qarabağda qondarma “bələdiyyə seçkiləri ” ilə bağlı Azərbaycanın mövqeyi səsləndiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
“ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağda qondarma “bələdiyyə seçkiləri ” ilə bağlı Azərbaycanın mövqeyi də səsləndiriləcək və legitimləşdirilməyə doğru atılan bu tip addımlara dəstək verən dairələrin hərəkətləri qınanacaq “, – Muradova deyib.
ATƏT-in Parlament Assambleyasının payız sessiyası çərçivəsində oktyabrın 8-də “Həll olunmamış münaqişələrdə ATƏT-in rolu – Dağlıq Qarabağ ” mövzusunda müzakirələr aparılacaq… Trend.