Azərbaycan, Rusiya və Ermənistan prezidentləri danışıqların yekunları üzrə Dağlıq Qarabağ nizamlaması üzrə birgə bəyannamə qəbul ediblər.
Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər…