Azərbaycan YUNESKO-da Ermənistanın işğal etdiyi ərazilərdə abidələri məhv etməsi barədə məsələ qaldırıb

Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova oktyabrın 29-da Parisdə keçirilən YUNESKO-nun Baş konfransının 36-cı sessiyasında iştirakçıların diqqətini Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq müddətdə davam etməsinə yönəldib. Bu işğal nəticəsində həmin ərazilərdəki tarixi və mədəniyyət abidələri məhv edilib, işğal altında olan torpaqlar nəzarətsiz ərazilərə çevrilib, həmin ərazilərdən narkotik maddələrin və insan orqanlarının qanunsuz dövriyyəsinin həyata keçirilməsi üçün istifadə olunur.
Hüseynova qonşu ölkələri erməni mədəni irsinin məhv edilməsində günahlandıran Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın elə həmin sessiyadakı çıxışına cavab olaraq, Ermənistanın dövlət başçısının iki xalqın qeyri-etnik uyğunluğu barədə irqçi bəyanatlarını xatırladaraq Ermənistanın Azərbaycana qarşı düşmənçilik və işğal siyasəti yürütdüyünü bildirib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib… Trend.