Bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığı açıqlanıb

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun verdiyi məlumata görə, respublika üzrə saat 10:00-a olan seçici fəallığı 423361 nəfər (8,51 faiz) təşkil edib.