Bakı və Abşeron yarımadasında gecə şaxtalı hava şəraiti fevralın 8-dək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeron yarımadasında gözlənilən temperatur rejimi ilə bağlı məlumat yayıb…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeron yarımadasında gözlənilən temperatur rejimi ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, son günlər Bakı və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.

 

Fevralın 8-dək gecə saatlarında Bakı və Abşeron yarımadasında şaxtalı hava şəraiti davam edəcək. Fevralın 5-6-da havanın minimal temperaturu gecə 3-6, bəzi yerlərdə 9 dərəcəyədək şaxta, fevralın 7-8-də 1-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Fevralın 5-də havanın maksimal temperaturu gündüz 0-3 dərəcə isti, fevralın 6-da 0 dərəcəyə yaxın, fevralın 7-də 1-4 dərəcə isti, fevralın 8-də isə 4-7 dərəcə isti olacağı gözlənilir.

/Apa/