Gücləndirilmiş iş rejimi bir neçə gün davam edəcək…
Gücləndirilmiş iş rejimi bir neçə gün davam edəcək.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, şəhərdaxili və şəhərlərarası avtobus nəqliyyatı sistemi, eləcə də Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
N.Həsənov, həmçinin qeyd edib ki, Bakıda şəhərdaxili nəqliyyatda sərnişinlərin çoxluğunun müşahidə edildiyi, ehtiyac duyulan istiqamətlərdə xətlərə əlavə avtobuslar buraxılır.
Katibliyin rəisi bildirib ki, gücləndirilmiş iş rejimi bir neçə gün davam edəcək (Trend).