“Bakıelektrikşəbəkə”dən – XƏBƏRDARLIQ

Güzəşt olmayacaq…

Güzəşt olmayacaq.

Novruz Bayramı günlərində “Bakıelektrikşəbəkə” ASC əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, bayram şənliklərinin keçirildiyi ərazilərdə aparılan təmir-tikinti işləri müvəqqəti dayandırılacaq, əlavə maşın-mexanizmlər, avadanlıqlar və əməkdaşlar cəlb ediləcək.

Elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi haqlarınını dərhal ödənilməsi xahiş olunur.

T.Mustafayev vurğulayıb ki, elektrik enerjisindən istifadəyə görə yaranmış debütor borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı 17 mart 2014-cü il tarixində, saat 12:00-dan etibarən qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaq.

O həmçinin deyib ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız vasitəsilə onlayn olaraq həyata keçirilə bilər.

/oxu.az/