Bakının ən bahalı küçəsi məlum oldu

 “Bakının ən bahalı küçəsini müəyyən edərkən, kommersiya və yaşayış üçün olan əmlakın qiyməti nəzərə alınmalıdır “…

“Bakının ən bahalı küçəsini müəyyən edərkən, kommersiya və yaşayış üçün olan əmlakın qiyməti nəzərə alınmalıdır “. 

Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə “Exo ” qəzetinə açıqlamasında müstəqil qiymətləndirici Rəşad Əliyev bildirib. 

Onun sözlərinə görə, kommersiya əmlakı baxımından ən bahalı seqment ticarət obyektləridir. 

“Bu nöqteyi-nəzərdən “Torqovaya “nı (Nizami küç.) ən bahalı küçə hesab etmək olar. Bu küçə ticarət baxımından olduqca əlverişlidir. Ən bahalı ticarət obyektləri bu küçədə yerləşir. Burada kvadrat metri 30 min manatdan ucuz olan obyekt tapmaq çətindir “. 

Yaşayış baxımından ən bahalı küçə isə Neftçilər, İstiqlaliyyət, Nizami, 28 May və Rəşid Behbudov küçələridir. 

“Bunlar arasında nisbətən bahalı olan isə Neftçilər prospektidir “, – o əlavə edib. 

Milli.Az