Baş katib: Azərbaycan Avropa üçün nümunədir

“Avropa ölkələrində insanlar dövlət xidmətinin səviyyəsindən razı deyillər”…

“Avropa ölkələrində insanlar dövlət xidmətinin səviyyəsindən razı deyillər”.

Təbii ki, bu, unikal modeldir. Hələ belə birini görməmişdim. “ASAN Xidmət”ə rəğbət bəsləməmək əldə deyil. Qeyd etmək lazımdır ki, Avropa ölkələrində insanlar dövlət xidmətlərindən narazıdırlar və bu narazıçılıq getdikcə artır. Bu baxımdan ASAN çox uğurlu layihədir və Avropa ölkələri Azərbaycandan nümunə götürməlidirlər.

Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, bunu Sabunçu rayonunda “ASAN Xidmət” Mərkəzində olan Avropa İttifaqının baş katibi Turbern Yaqland deyib.

Yaqlandın fikrinə görə, bu sistemin tətbiq edilməsi faktiki olaraq ölkədə rüşvətxorluq hadisələrinin qarşısını alır.

“Artıq rüşvəti vermək və ya almaq mümkün deyil. Bu sistem həmçinin dövlət xidmətlərinin şəffaflığını təmin edir”, – o deyib.

 

/Oxu.az/