Beynəlxalq oyunçuların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması energetika məsələlərindən asılı ola bilər. Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, Trend-in Ekspert Şurasının üzvü İsmayıl Ağakişiyev belə hesab edir.
“Beynəlxalq oyunçuların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması energetik məsələlərindən asılı ola bilər, həmçinin bunda iki ölkənin tərəfdaşlığını möhkəmləndirən Rusiya ilə iqtisadi layihələr də böyük rol oynaya bilər “, – Ağakişiyev cümə gün Bakıdakı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ prosesində daha aktiv iştirak edir, lakin yeni vasitəçilər üçün irəliyə hərəkət vacibdir.
“Əgər ABŞ bu gün 90-cı illərdə “Əsrin müqaviləsi ” bağlandığı vaxtdakı kimi aktiv mövqe tutarsa, bunun da danışıqlar prosesinə kömək etməsi mümkündür “, – Ağakişiyev bildirib… Trend.