Azərbaycanın 19 il öncə BMT-yə üzv olması tarixi hadisədir. Təbii ki, BMT səviyyəsində Azərbaycanın bir dövlət olaraq tanınması xalqımızın uzun illər ərzində müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi idi . Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
“Hazırda ölkəmiz BMT-nin bir sıra strukturları ilə fəal əməkdaşlıq edir. BMT-nin vəzifələrindən biri Azərbaycanın bu quruma üzv qəbul edildiyi zaman mövcud olduğu sərhədlər çərçivəsində ərazi bütovlüyünün bərpa olunması istiqamətində addımlar atılmasıdır ” , – Qurbanlı deyib.
O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi haqqında qətnamələr qəbul edib… Trend.