BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edilsə də, heç birinə əməl edilmir

“Dünyanın super gücləri Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil”.  Bunu ISESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
Onun sözlərinə görə, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edilsə də, heç birinə əməl edilmir: “Qətnamələrdə də qeyd edilib ki, təcavüzkar Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmalıdır”.
İslam dünyasının hazırda ağır çətinliklərlə üzləşdiyini deyən Əbdüləziz bin Osman əl-Tüveycri deyib ki, bütün bu çətinlikləri aşmaq üçün İslam dünyası birgə çalışmalıdır: “Bölgəmizdəki bu ağır vəziyyətin əsas səbəbi odur ki, dünyanın super gücləri ədalətsizliyə yol verir  və beynəlxalq hüququ təmin etmir. Bəzi hallarda problemin həllinə çalışmaqdansa, gərginliyi daha da artırırlar. BMT Təhlükəsizlik Şurası istənilən bölgədə sülh və təhlükəsizliyi təmin etmirsə, vəzifəsini layiqli şəkildə icra etmirsə, digər qurumlardan nə gözləyə bilərik?!”.

 APA