Boris Akunin: Rusiyanı inqilab gözləyir

“Mən Rusiya imperialistiyəm, amma imperiyanı Putindən fərqli təsəvvür edirəm”…

“Mən Rusiya imperialistiyəm, amma imperiyanı Putindən fərqli təsəvvür edirəm”.

Rusiyada rejim dayanıqlı deyil, amma o təkamül yolu ilə yox, inqilab yolu ilə dəyişəcək. Bu fikri məşhur yazıçı Boris Akunin bildirib, “İnsider nəşri bildirib.

“Bu gün Rusiya aristokratik ölkədir. Bu, bir çox hallarda 100 il bundan əvvəlki inqilab dövrünü, reaksiya dövrünü xatırladır. Bu Romanovların imperiyasının tamamən qalib gəldiyi düşünüldüyü zaman baş verdi. Təsadüfi deyil ki, Rusiyanın gerbində ikibaşlı quş şəkli var və onların hərəsi bir tərəfə baxır. Onlardan birinin beyni balaca, dimdiyi isə yekədir, digərinin isə əksinə dimdiyi kiçik, beyni isə böyükdür”, Akunin deyib.

O, qeyd edir ki, bu gün Rusiya dəmir dimdikli başın hamını dimdikləyib qalib gəldiyi dövrdədir.

“Amma mən yaxşı görürəm ki, o tezliklə kəsiləcək. Mən əminəm ki, Rusiyada rejim dayanıqlı deyil, amma o təkamül yolu ilə yox, inqilab yolu ilə dəyişəcək. Ölkədə son aylarda baş verənlər, Ulraynada baş verənlərin birbaşa nəticəsidir”, – yazıçı qeyd edir. (haqqin.az )

www.oxu.az