Bosniya və Herseqovina parlamenti Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi hazırlayıb

Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi hazırlayıb. APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisi Nümayəndələr Palatasının Sədri Bojo Lyubiç Milli Məclisin spikeri Oqtay Əsədovla görüşü zamanı bildirib…

Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi hazırlayıb. APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisi Nümayəndələr Palatasının Sədri Bojo Lyubiç Milli Məclisin spikeri Oqtay Əsədovla görüşü zamanı bildirib. Onun sözlərinə görə, sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və qeyd edilir ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir: “Qətnamə layihəsi yaxın vaxtlarda Bosniya və Herseqovinanın Parlament Məclisində də müzakirəyə çıxarılacaq”.

Qonaq onu da bildirib ki, ölkəsi müharibədən əziyyət çəkib: “Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Ermənistan və Azərbaycanın deyil, regionun və bütövlükdə Avropanın inkişafına təkan verəcək. Biz bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq və bu mövqe dəyişməyəcək”.

Görüşdə O. Əsədov Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib, nümayiş etdirdiyi ədalətli mövqeyə, həmçinin Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycana verdiyi dəstəyə görə Bosniya və Herseqovina hökumətinə və parlamentinə minnətdarlıq edib, bu siyasətin gələcəkdə də dəyişməyəcəyinə əmin olduğunu bildirib.

/APA/