Böyük Britaniya XİN: Xocalı aeroportu ilə bağlı narahatlıqlar var

Mən Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı planlarından xəbərim yoxdur, amma bilirəm ki, bu barədə narahatlıqlar var…

Mən Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı planlarından xəbərim yoxdur, amma bilirəm ki, bu barədə narahatlıqlar var. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Diplomatik Akademiyasında keçirilən brifinqdə jurnalistlərə Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Freyzer bildirib.

Freyzer deyib ki, bu yaxınlarda Yerevana səfəri zamanı keçirdiyi görüşlərdə bu məsələni qaldırıb. O hesab edir ki, vacib olan məsələ yaranmış vəziyyətdə gözlənilməz hadisələrin baş verməməsidir.

Böyük Britaniya XİN rəhbərinin müavini Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun sözlərinə görə, bu uzunmüddətli münaqişə hər iki ölkəyə öz təsirini göstərir.

“Bilirəm ki, bu məsələ Azərbaycan üçün çox vacibdir. Münaqişənin həlli üzrə beynəlxalq qrup var və onlar prosesi davam etdirir və mən bu qrupun fəaliyyətini dəstəkləyirəm. Düşünürəm ki, son nəticə tərəflərin hər ikisinin iradəsinə bağlı olan məsələdir, sadəcə beynəlxalq ictimaiyyət problemin sülh yolu ilə həllinə öz dəstəyini verməlidir “, – Freyzer deyib.

/Trend/