Böyük Britaniyanın Azərbaycandakı səfirliyində viza şöbəsi bağlanır. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq “BBC Azəri “Yə bildirib. Məlumatı səfirliyin Facebook səhifəsi yayıb…
Böyük Britaniyanın Azərbaycandakı səfirliyində viza şöbəsi bağlanır. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq “BBC Azəri “Yə bildirib. Məlumatı səfirliyin Facebook səhifəsi yayıb.
Səfir qeyd edib ki, səfirlik hazırda özəl bir şirkətlə müqavilə bağlayaraq, viza verilməsi prosesini həmin şirkətə həvalə edir.
Bundan sonra Azərbaycan vətəndaşları şəhərin mərkəzində yerləşən həmin mərkəzə müraciət edərək sənədlərini təqdim edə bilərlər.
Qeyd edək ki, viza verilməsi prosedurunda heç bir dəyişiklik olmayacaq.
/Trend/