BP Azərbaycanda iş yerlərini ixtisar edir

Şirkət lazımsız fəaliyyəti dayandırmağa hazırlaşır…

Şirkət lazımsız fəaliyyəti dayandırmağa hazırlaşır.

Britaniyanın neft nəhəngi BP neftin qiymətinin davam edən azalmasına cavab olaraq, 2015-ci ildə iş yerlərinin ixtisar olunmasına 1 milyard dollar xərcləyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian” qəzetinə müsahibəsində şirkətin icraçı direktoru Robert Dadli məlumat verib.

Onun sözlərinə görə, BP artıq bu gün çətin şəraitdə çalışır:

“Bu gün biz biznesə böyük diqqət ayırırıq, lakin təhlükəsizlik və etibarlılığı da unutmuruq. Bizim məqsədimiz BP-ni daha güclü və rəqabətqabiliyyətli etməkdir”.

Dadli bildirib ki, şirkət artıq bir sıra sahələrdə işini sadələşdirib:

“Biz şirkətimizin strategiyası ilə uzlaşmayan təkrarlamanın aradan qaldırılması və lazımsız fəaliyyəti dayandırmaq üçün imkanlar axtarırıq”.

Onun sözlərinə görə, iş yerləri şirkətin ABŞ, Böyük Britaniya, Azərbaycan və Almaniyada işləyən bölmələrində ixtisar olunacaq.

Qeyd edək ki, bu gün bütün dünyada 84 minə yaxın insan BP-də çalışır.

www.oxu.az