Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə – 3 hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Komitənin nümayəndələri onlara 4 “Qızıl Xaç ” məktubu və şəkillər çatdırıb. Onlardan isə 6 “Qızıl Xaç ” məktubu alınıb.
Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
Tərəflər arasında əldə olunan razılığa görə, martın 17-də Ağdam rayonunda BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.
Ermənistanın Silahlı Qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov əsir götürülüb.
Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçini onların razılığı ilə üçüncü ölkəyə göndərib… Trend.