BQXK nümayəndələri Azərbaycanda saxlanan erməni ailəsinə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə – bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, başçəkmə aprelin 9-da həyata keçirilib…

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə – bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, başçəkmə aprelin 9-da həyata keçirilib. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb və eyni qaydada, ailə məlumatları alınıb.

Qeyd edək ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.

/Apa/