Britaniya səfiri: “Dağlıq Qarabağ münaqişəsi təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

“Birləşmiş Krallıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həll olunmasını dəstəkləyir”…

“Birləşmiş Krallıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həll olunmasını dəstəkləyir”.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Gəncəyə səfəri çərçivəsində jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır: “Bu münaqişə uzun müddətdir çözülmür və münaqişə tərəflərinə əziyyət verir. Ona görə də qısa bir zamanda məsələ həll olunmalıdır. Biz hal-hazırda iki ölkənin həm prezidentləri, həm də xarici işlər nazirlər arasında keçirilən görüşləri dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı bir tərəf kimi, hər hansı bir məsələdə dəstək verməyə hazırıq”.

 

Görüşdə diplomata regionda mətbuatın vəziyyəti barədə məlumat verilib. Səfir gələcəkdə həyata keçiriləcək layihələrə regiondan olan jurnalistlərin də cəlb ediləcəyini söyləyib.

 

Apa.az