Britaniyalı deputat: Xocalı aeroportunun yenidən açılması təklifi prosesə çox xələl gətirir

“Regiona səfər etmiş bir şəxs kimi mən, Dağlıq Qarabağda baş vermiş faciəvi hadisələrin necə iz qoyduğunu və sülh danışıqlıqlarının həssas mövzu olduğunu bilirəm. Bu səbəbdən Xocalı aeroportunun yenidən açılması təklifi prosesə çox xələl gətirir “…

“Regiona səfər etmiş bir şəxs kimi mən, Dağlıq Qarabağda baş vermiş faciəvi hadisələrin necə iz qoyduğunu və sülh danışıqlıqlarının həssas mövzu olduğunu bilirəm. Bu səbəbdən Xocalı aeroportunun yenidən açılması təklifi prosesə çox xələl gətirir “. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Mühafizəkarlar Partiyasından deputatı Kris Hiton Harris bəyanatında deyib. Məlumatı Avropa Azərbaycan Cəmiyyəti yayıb.

“Bu, beynəlxalq hüquqa zidd olmaqla yanaşı, 20 il əvvəl həmin şəhərdən evlərini tərk etməyə məcbur edilərkən ölən insanları xəyallarda canlandırır. Xocalı aeroportunun yenidən açılması ilə bağlı hər hansı bir plan münaqişənin həllinə mənfi təsir göstərəcək “, – Harris bildirib.

/Trend/