Maliyyə Nazirliyi məlumat yaydı…
Maliyyə Nazirliyi məlumat yaydı.
2015-ci ildə təhsil xərcləri üçün dövlət büdcəsindən 1 711, 2 milyon manat vəsait ayrılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, 2014-cü illə müqayisədə 57.7 milyon manat və yaxud 3,5%, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 273,5 milyon manat və yaxud 19,0% çox vəsait ayrılıb.
Təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 8,1% təşkil edəcək.
Qeyd edək ki, təhsil sisteminin informasiyalaşdırılması üçün 18,8 milyon manat, ümumtəhsil məktəblərində şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi üçün isə 8,5 milyon manat, təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmiri üçün 13,1 milyon manat vəsait ayrılacaq.