Bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər

ATƏT-in Minsk qrupunun həmsədrləri-İqor Popov (Rusiya), Yan Kelli (ABŞ) və Jak For (Fransa) yaxın həftələr ərzində Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşərək Dağlıq Qarabağ probleminin həllinə dair qarşılıqlı məqbul yanaşmaları müzakirə edəcəklər. APA-nın məlumatına görə, bu barədə həmsədrlərin regiona səfərlərinin nəticəsi ilə bağlı verdikləri bəyanatda deyilir…

ATƏT-in Minsk qrupunun həmsədrləri-İqor Popov (Rusiya), Yan Kelli (ABŞ) və Jak For (Fransa) yaxın həftələr ərzində Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşərək Dağlıq Qarabağ probleminin həllinə dair qarşılıqlı məqbul yanaşmaları müzakirə edəcəklər. APA-nın məlumatına görə, bu barədə həmsədrlərin regiona səfərlərinin nəticəsi ilə bağlı verdikləri bəyanatda deyilir.

Xatırladaq ki, həmsədrlər mayın 23-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, 24-də isə İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.

Bəyanatda vurğulanır ki, görüşlər zamanı «prezidentlər və həmsədrlər son görüşdən sonrakı inkişafı müzakirə edərək sülh prosesinə tərəfdar olduqlarını təsdiqləyiblər və bu ilin sonunda prezidentlərin görüşünün təşkil edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar».

Həmsədrlər münaqişənin həll olunması prosesinin irəliyə aparılması istiqamətində ideyaların öyrənilməsinə hazır olduqlarını ifadə edərək bir daha danışıqlara zərər və gərginlik gətirə biləcək fəaliyyət və ritorikadan yayınmağın lazımlılığını bəyan ediblər.

/APA/