Milli Məclis qərarını verdi…
Milli Məclis qərarını verdi.
Bu gün Milli Məclisin plenar iclasında büdcə məsələsinə daxil olan altı qanun layihəsi qəbul edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, millət vəkilləri “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını qəbul ediblər.