Böyük Britaniyanın Lordlar Palatasında Xocalı faciəsi ilə bağlı konfrans keçirilib

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Böyük Britaniyanın Lordlar Palatasında Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.
APA-nın məlumatına görə, Lordlar Palatasının üzvləri, britaniyalı jurnalistlər və ictimai xadimlərin iştirak etdiyi konfransda kanadalı ekspert, Xocalı faciəsini tədqiq etmiş Skot Teylor və lord Layard əsas məruzəçilər kimi çıxış ediblər. Tədbirin təşkilatçıları “Xocalıya ədalət” kampaniyası və Avropa Azərbaycanlılarının Cəmiyyətidir (TEAS)… Apa