Cəbhə xəttində gərginlik davam edir

Erməni silahlı bölmələri cəbhə xəttində gərginlik yaratmaqda davam edirlər…

Erməni silahlı bölmələri cəbhə xəttində gərginlik yaratmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Eerməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Kəngərli, Şıxlar və Yusifcanlı, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/