Cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusu Abdulrəhmanov Ramin Şövkət oğlu dəfn edilib.
Həlak olan hərbi qulluqçu Quba şəhər qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü Azərbaycan bayrağı onun atasına təqdim olunub.
Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciət olunub.
BQXK-nın vasitəçiliyi ilə hərbçinin meyiti təmas xətti ərazisindən çıxarılıb.
APA