“Əlaqələr çərçivəsində iqtisadi məsələlər ön plandadır”…
“Əlaqələr çərçivəsində iqtisadi məsələlər ön plandadır”.
Çexiya prezidenti 2015-ci ilin fevral-mart aylarında Azərbaycana səfər edəcək.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, bunu Praqada səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Çexiyadakı səfir Fərid Şəfiyev deyib.
O bildirib ki, dekabrın əvvəlində Çexiyanın ticarət və sənaye naziri də Azərbaycana səfər edəcək: “Həmin səfər zamanı Biznes Forumun keçirilməsi planlaşdırılır”.
F.Şəfiyev əlavə edib ki, Çexiya və Azərbaycan arasında əlaqələr yaxşı inkişaf edir:
“Gələn il Çexiya prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Əlaqələr çərçivəsində iqtisadi məsələlər ön plandadır. Kənd təsərrüfatı və sənaye sahəsində də əlaqələr prioritetdir. İki ölkə arasında dostluq münasibətləri mövcuddur”.