“Bu səfəri səbirsizliklə gözləyirik”…
“Bu səfəri səbirsizliklə gözləyirik”.
Çexiya prezidenti Miloş Zeman 2015-ci ildə Azərbaycana səfər edəcək.
Oxu.Az “The Prague Post”a istinadən xəbər verir ki, bu barədə Çexiya prezidenti dəftərxanasının xarici siyasət idarəsinin rəhbəri Xinek Kmoniçek bildirib.
Kmoniçekin sözlərinə görə, Zemanın 2015-ci il üçün səfərlərinin dəqiq qrafiki hələ hazırlanmayıb.
“Biz hazırda proqramın dəqiqləşdirilməsi üzərində işləyirik”, – deyə, o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Zeman hər ay bir xarici ölkəyə səfər edəcəyini söyləmişdi.
“Biz həmçinin Çexiyanın ikinci neft ixracatçısı olan Azərbaycana səfəri səbirsizliklə gözləyirik”, – deyə, Kmoniçek bildirib və səfərin tarixinin hələ tam dəqiqləşdirilmədiyini əlavə edib.