Çiçək Azərbaycana gəlib

O, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək…

O, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin Azərbaycana səfəri başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, C.Çiçək bu gün səhərə yaxın Bakıya gəlib.

TBMM sədri Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Bakıda keçiriləcək V plenar sessiyasında iştirak edəcək. O, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər də keçirəcək.

www.oxu.az