Fərq 1 trilyon dollara çatacaq…
Fərq 1 trilyon dollara çatacaq.
Çin iqitisadiyyatı valyutaların alıcılıq qabiliyyəti ilə hesablayanda ilk dəfə olaraq öz həcminə görə ABŞ iqtisadiyyatını geridə qoyub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Çinin daxili məhsulu 17 trilyon 632 milyard dollardır. ABŞ-da isə ÜDM – 17 trilyon 416 milyard dollar təşkil edir. Bu məlumatı bü gün Beynəlxalq Valyuta Fondu açıqlayıb.
Fondun proqnozuna görə, gələn il Çinin liderliyi daha da güclənəcək. İqtisadiyyatlar arasında fərq 1 trilyon dollara çatacaq.
Cari qiymətlərlə götürəndə isə ABŞ iqtisadiyyatı sözsüz dünya lideridir. ABŞ-ın ÜDM-u cari qiymətlərlə 16 trilyon 800 milyard dollar, Çinin ÜDM-u isə – 10 trilyon 400 milyard dollardır.