Con Kerri: ABŞ suriyalı qaçqınlara əlavə 380 milyon dollar ayıracaq

ABŞ suriyalı qaçqınların təcili ehtiyaclarına əlavə 380 milyon dollar ayıracaq…

ABŞ suriyalı qaçqınların təcili ehtiyaclarına əlavə 380 milyon dollar ayıracaq. Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Küveytdə bildirib. Suriyanın humanitar böhran yaşadığını deyən C.Kerri ölkə hakimiyyətini mülki şəxslərə yardım göstərən humanitar təşkilatlara mane olmamağa çağırıb. Onun sözlərinə görə, münaqişə başlayandan etibarən ABŞ-ın Suriyaya ümumi yardımı 1,7 milyard dollara çatıb.

 

BMT-nin hesablamalarına görə, 2011-ci ilin martından Suriyada başlayan münaqişə nəticəsində ölkədə 115 mindən çox insan ölüb, 13 milyondan artıq insan isə qaçqın həyatı yaşayır. /Trend/