Dəmir yolunda tariflər ucuzlaşdı

Avtomobil nəqliyyatında isə dəyişiklik yoxdur…

Avtomobil nəqliyyatında isə dəyişiklik yoxdur.

2014-cü ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, digər xarici ölkələr üzrə isə 19,1 faiz bahalaşma müşahidə olunub.

“Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşıb.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,0 faiz ucuzlaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb”, – məlumata deyilir.

Gülnarə Zeynalova
www.oxu.az