“Onlar mayda Dağıstanda keçiriləcək bayram tədbirləri zamanı silsilə terror aktları törətməyi planlaşdırıblar”…
“Onlar mayda Dağıstanda keçiriləcək bayram tədbirləri zamanı silsilə terror aktları törətməyi planlaşdırıblar”.
Dağıstanın Dərbənd şəhərində 5 silahlı öldürülüb, DİN-in bir əməkdaşı yaralanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.
“Dağıstan Respublikasında Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları “cənub” terrorçu qruplaşmasının üzvlərinin zərərsizləşdirilməsi məqsədilə birgə xüsusi əməliyyat keçiriblər. Milli Antiterror Komitəsinin məlumatına görə, bu şəxslər mayda Dağıstanda keçiriləcək bayram tədbirləri zamanı silsilə terror aktları törətməyi planlaşdırıblar”, deyə MAK-ın məlumatında qeyd olunur.
Bundan başqa, MAK İnquşetiya Respublikası ərazisində silahlılara məxsus silah-sursat aşkarlandığını qeyd edib.
/Oxu.az/