Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın İstanbul sessiyasının qətnamə layihəsinə daxil edilib

İyunun 29-dan iyulun 3-dək İstanbulda ATƏT parlament Assambleyasının 22-ci illik sessiyası keçiriləcək. APA-nın ATƏT PA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, qurumun yay sessiyası “Helsinki+40” prosesinə və Helsinki Yekun Aktının 40 illiyi ərəfəsində ATƏT-in qarşısına qoyduğu məqsədlərə çatmasında Parlament Assambleyasının roluna həsr olunacaq…

İyunun 29-dan iyulun 3-dək İstanbulda ATƏT parlament Assambleyasının 22-ci illik sessiyası keçiriləcək. APA-nın ATƏT PA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, qurumun yay sessiyası “Helsinki+40” prosesinə və Helsinki Yekun Aktının 40 illiyi ərəfəsində ATƏT-in qarşısına qoyduğu məqsədlərə çatmasında Parlament Assambleyasının roluna həsr olunacaq.

Sessiyada həmçinin ATƏT PA-nın yeni prezidenti, vitse-prezidenti və komitə sədrləri seçiləcək. Bundan başqa ATƏT PA komitələrinin də iclası keçiriləcək. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi qurumun siyasi məsələlərə və təhlükəsizlik komitəsinin iclasında müzakirə olunacaq. Bu məsələ həmçinin komitənin Litvalı deputat Vilija Aleknaite Abramikiene tərəfindən hazırlanmış qətnaməsinə də daxil edilib. Qətnamədə ATƏT sədrliyi Cənubi Qafqaz və Moldovada dondurulmuş münaqişələrin həllinə yönəlmiş səyləri ikiqat artırmağa çağırılır. Deputatlar həmçinin ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Ermənistan və Azərbaycanla işi davam etdirməyə çağıracaqlar.

/APA/