Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artır

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusa yoluxanların sayı 3-ə çatıb.  

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumatda bildirilir ki, Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı aprelin 7-də açıqlanıb. Virusa yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib, onunla kontaktda olmuş 17 nəfər özünütəcrid olunub. Analiz nəticəsində həmin şəxsin oğlunun həyat yoldaşında da koronavirus təsdiqlənib.

Koronaviusa yoluxmuş digər şəxs isə Ermənistan vətəndaşıdır. Yaxın vaxtlarda o, Ermənistana göndəriləcək. 

APA