Daha bir əsgərimizi itirdik

Hadisə cəbhə bölgəsində qeydə alınıb…

Hadisə cəbhə bölgəsində qeydə alınıb.

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Əsgər, 1995-ci il təvəllüdlü Ceyhun Ramiz oğlu Cahangirov xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya fakt təsdiqləyiblər.

Qeyd edək ki, C. Cahangirov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

www.oxu.az