Daha bir Qarabağ əlili özünü yandırmaq istədi

Bu məqsədlə o üstünə yandırıcı maye töküb…

Bu məqsədlə o üstünə yandırıcı maye töküb.

 

I qrup Qarabağ əlili intihara cəhd edib.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, mənzil problemləri olan Məcidov Malik Qardaşxan oğlu fevralın 14-də Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısına gələrək özünü yandırmaq istəyib.

 

Bu məqsədlə o üstünə yandırıcı maye töküb.

 

Lakin yanındakı şəxslər və İcra Hakimiyyətinin əməkdaşları əlili fikrindən daşındırıblar. Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən qəbul edilən M.Məcidova ev probleminin həll ediləcəyi bildirilib.

 

“Qarabağ qaziləri” Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev bildirib ki, M.Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil:

 

“Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır”.

 

E.Mustafayev həmçinin bildirib ki, əlil M.Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb:

 

“Əlilin problemlərinin həll edilməsi üçün bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq”.

 

Sumqayıt şəhər Polis İdarəsi və Şəhər Prokurorluğundan Qarabağ əlilinin özünü yandırması barədə məlumatlar təkzib edilib.

 

11:51

 

Azərbaycanda daha bir Qarabağ əlili özünü yandıraraq intihara cəhd edib.

 

Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sumqayıt sakini, 1-ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq intihara cəhd edib.

 

Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

/oxu.az/