Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ Azərbaycana daha fəal dəstək olmalıdır

Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ Azərbaycana daha fəal dəstək olmalıdır.
“Dağlıq Qarabağ məsələsində istəyimiz ondan ibarətdir ki, ABŞ Azərbaycana daha fəal dəstək olsun. Çünki bilirsiniz ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür. Çox təəssüflər olsun ki, son zamanlar Dağlıq Qarabağ məsələsinin həllində müəyyən passivlik hiss olunur “, – Trend-in məlumatına bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib… PA rəsmisinin məlumatına görə, eyni zamanda, ABŞ digər aparıcı dövlətlərlə birgə Dağlıq Qarabağ məsələsində daha fəal rol oynamalıdır, işğalçını işğalçı adlandırmalıdır və Azərbaycan ərazilərinin yaxın zamanlarda erməni işğalından azad olunmasına nail olmalıdır.