Güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsipləri əsasında dinc yolla nizamlanmalı olan Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanması əlverişli variant deyil. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo bu qənaətdədir.
Trend-in məlumatına görə, “Mediamaks ” agentliyi bildirir ki, Avropa Komissiyasının prezidenti bu barədə martın 15-də Ermənistanın baş naziri Tiqran Sarkisyanla Brüsseldə keçirdiyi görüşdən sonra bəyan edib… Trend.