Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağ, Kosovo, Dnestryanı münaqişələrinin nizamlanması yollarını nəzərdən keçirəcək, Əfqanıstanda sülh prosesinin təşkili üzrə yanaşmaları müəyyənləşdirəcəklər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Liviya və Suriyadakı vəziyyət, RƏM problematikası və RF-nin Aİ və NATO ilə dialoq məsələlərini çərşənbə axşamı, sentyabrın 7-də Moskvada Rusiya və Fransanın Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri – Sergey Lavrov və Alen Jüppe, Anatoli Serdyukov və Jerar Lonqe müzakirə edəcəklər. Görüşlər ikitərəfli Təhlükəsizlik Məsələləri üzrə Əməkdaşlıq Şurası çərçivəsində keçiriləcək…
Trend.