Dağlıq Qarabağın azərbaycanlı icması: Sarkisyan özü kimi caniləri mükafatlandırır

Serj Sarkisyanın mükafatlandırdığı şəxslər günahsız insanların, uşaqların, qocaların ölümünə bais olan, onun özü kimi canilərdir. Bunu cümə günü Trend-ə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
Ermənistan Prezidenti Serj Sarkisyan qondarma “Dağlıq Qarabağ Respublikası “nın yaradılmasının 20 illiyi münasibətilə Xankəndidə təşkil olunan yubiley tədbirlərində iştirak edərək, bir sıra şəxsə yüksək dövlət mükafatı təqdim edib.
“Bütün dünya da artıq bilir ki o şəxslər nə qədər mədəniyyət ocaqlarını, abidələri talan ediblər. Lakin o insanlar bilməlidirlər ki, bir gün məhkəmə qarşısına çıxacaqlar və öz əməllərinə görə cavab verməli olacaqlar “, – Səfərov vurğulayıb.
İB sədri dünyada heç kəsin suveren dövlət kimi tanımadığı Dağlıq Qarabağın müstəqilliyinin ildönümünün ermənilər tərəfindən bayram edilməsinin absurd iş olduğunu bildirib…
Trend.